Son dəqiqə

ABŞ Kaliforniya İlon Mask Microsoft OpenAI Sem Altman Grok ChatGPT

İlon Mask "OpenAI" və "Microsoft"a qarşı 134 milyard dollarlıq təzminat iddiası qaldırıb

BAKI, TurkicWorld

Amerikalı milyarder İlon Mask "OpenAI"nin təsisçisi Sem Altmana, eləcə də "OpenAI" və "Microsoft"a qarşı təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.

TurkicWorld xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

İddia 16 yanvar cümə günü Kaliforniyanın Şimal Dairəsi üzrə ABŞ Rayon Məhkəməsində təqdim edilib. İş materiallarına əsasən, Maskın "OpenAI" və "Microsoft"a qarşı ümumi maliyyə iddiaları 134 milyard dollar təşkil edir.

İddiada qeyd olunur ki, "OpenAI" 2015-ci ildə Sem Altman və İlon Mask tərəfindən qeyri-kommersiya süni intellekt tədqiqat startapı kimi yaradılıb. Mask iddia edir ki, layihəyə 38 milyon dollar sərmayə qoyub ki, bu da şirkətin ilkin kapitalının təxminən 60%-ni təşkil edib.

Milyarder həmçinin komandanın formalaşdırılmasında, münasibətlərin qurulmasında və startapın erkən mərhələdə nüfuzunun artırılmasında iştirak etdiyini bildirir.

2018-ci ildə Mask digər layihələrinə diqqət yetirmək üçün "OpenAI"nin direktorlar şurasından ayrılıb. Hazırda həmin layihələrdən biri X sosial şəbəkəsində fəaliyyət göstərən və "ChatGPT" ilə rəqabət aparan "Grok" süni intellekt çatbotudur.

Məhkəmə prosesi aprel ayında başlayacaq və iş münsiflər heyəti tərəfindən araşdırılacaq.

Mövzuya görə xəbərlər