Son dəqiqə

ABŞ Rəşad Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Amazon

Rəşad Nəbiyev “Amazon Web Services” şirkətinin vitse-prezidenti ilə görüş keçirib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüş keçirib.

Bu barədə TurkicWorld-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Mövzuya görə xəbərlər