...

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

Digər xəbərlər Digər xəbərlər 7 İyun 2022 13:28
TurkicWorld Daspina Hasanova
Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

Bakı. TurkicWorld:

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti