Son dəqiqə

Google İlon Mask Süni intellekt Süni intellektin gələcəyi Süni intellekt və insan inkişafı süni intellekt etibarı süni intellektin inkişafa təsiri süni intellekt təhlükə Dezinformasiya və süni intellekt Grok

Grok AI söhbətləri ictimaiyyətə açıq vəziyyətdə yayımlanıb

BAKI, TurkicWorld , Nərmin Ağayeva

Forbes jurnalının hesabatına görə, 370 minə yaxın Grok AI söhbəti Google tərəfindən indeksləşdirilərək ictimaiyyətə açıq vəziyyətə düşüb.

TurkicWorld xəbər verir ki, söhbətlər əsasən birdəfəlik paylaşılan keçidlər vasitəsilə internetdə yayımlanıb və axtarış nəticələrində çıxıb. Məlumatlara görə, həmin sessiyalarda parollar, sağlamlıqla bağlı məlumatlar, şəxsi münasibət problemləri, hətta narkotik və zorakılıq müzakirələri yer alıb.

Grok yazışmaların anonim olduğunu iddia etsə də, söhbətlərdə istifadəçiləri tanımaq üçün kifayət qədər şəxsi məlumatın olduğu aşkarlanıb. Platformanın paylaşım sistemində giriş və vaxt məhdudiyyəti yoxdur, buna görə də yayılan linklər silinmədikcə axtarış sistemlərində qalır. Bu vəziyyət platformaya olan etimadı ciddi şəkildə zədələyib.

Texnologiya mütəxəssisləri istifadəçilərə bu tədbirləri görməyi məsləhət görür:

Söhbət paylaşma düyməsindən istifadə etməmək, Google-un məzmun silmə aləti vasitəsilə əvvəllər paylaşılan linklərin silinməsini tələb etmək, X platformasında məxfilik parametrlərini nəzərdən keçirmək və AI təlimi üçün məlumat istifadəsini məhdudlaşdırmaq.

Qeyd edək ki, bu, süni intellekt sahəsində ilk məxfilik böhranı deyil. ChatGPT söhbətləri və Meta-nın bot yazışmaları da daha əvvəl internetə sızdırılıb. Avropada bəzi şirkətlər Grok-un istifadəsini məxfilik və dezinformasiya təhlükəsinə görə qadağan edib.

Mövzuya görə xəbərlər