...

Hərbi təyyarəçilərimiz “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib (FOTO)

Digər xəbərlər Digər xəbərlər 26 May 2022 18:00
TurkicWorld Daspina Hasanova
Hərbi təyyarəçilərimiz “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.

Məqalədə:
Xəbərlər

Xəbər lenti