ABŞ Salvador Venesuela Məhbus mübadiləsi məhbus əfvi Məhbus hüquqları Tramp administrasiyası El Salvador

Venesuela və ABŞ arasında mübadilə razılaşması

BAKI, TurkicWorld

El Salvadorda saxlanılan venesuelalı məhbuslar vətənlərinə deportasiya edilib.

TurkicWorld xəbər verir ki, El Salvadorun CECOT həbsxanasında saxlanılan və ABŞ tərəfindən Tren de Aragua cinayət təşkilatına üzv olmaqda ittiham edilən 250-dən çox venesuelalı məhbus Venesuelaya qaytarılıb.

Prezident Nayib Bukele bildirib ki, bu deportasiya mart ayında Tramp administrasiyasının təşəbbüsü ilə Venesuela ilə əldə olunmuş mübadilə razılaşmasına əsasən həyata keçirilib. Müqavilə çərçivəsində 10 ABŞ vətəndaşı və bir sıra venesuelalı siyasi məhbuslar da azad olunub.

Qeyd edək ki, CECOT – “Centro de Confinamiento del Terrorismo” adlı xüsusi təhlükəsizlik həbsxanası El Salvadorda terror və ağır cinayət ittihamı ilə saxlanılan məhkumlar üçün nəzərdə tutulub və regionun ən sərt rejimli həbsxanalarından biri hesab olunur.

Mövzuya görə xəbərlər