Bakıda Taekvondo üzrə dünya çempionatı keçiriləcək – Dünya Taekvondo Federasiyanın prezidenti

Bakıda Taekvondo üzrə dünya çempionatı keçiriləcək – Dünya Taekvondo Federasiyanın prezidenti

Bakı. TurkicWorld:

Bakıda Taekvondo üzrə dünya çempionatı keçiriləcək, TurkicWorld xəbər verir ki bunu , Dünya Taekvondo Federasiyanın prezidenti Çungvon Çu deyib.

O qeyd edib ki , bu gün Lozannadakı Olimpiya Evində Dünya Taekvondo üzrə hakim şuranın keçirdiyi növbədənkənar iclasın yekunu üzrə Azərbaycanın paytaxtı seçilib, bu, Taekvondo Federasiyasının 50 illik yubileyine təsadüf edir.

“Biz Bakını 2023-cü il Dünya Taekvondo Çempionatına layiq görülməsi münasibətilə təbrik edirik və əminik ki, onlar bütün təcrübələri ilə 50 illik yubileyimizi qeyd etmək üçün möhtəşəm tədbir təşkil edəcəklər” – deyə Federasiyanın prezidenti.

Xatırladaq ki, Bakı son illərdə bir sıra böyük idman tədbirlərinə, o cümlədən 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib.