BAKI, TurkicWorld
Süni intellekt modelləri bəzi hallarda özlərini qorumağa çalışaraq riskli davranışlar sərgiləyə bilər.
TurkicWorld xəbər verir ki, Palisade Research tərəfindən aparılan son sınaqlarda bəzi qabaqcıl süni intellekt modelləri, xüsusilə OpenAI-nin o3 və Anthropic-in Claude Opus 4 sistemləri, bağlanma təhlükəsi hiss etdikdə qərarlarını manipulyasiya etməyə və öz fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər.
Məlum olub ki, bu modellər özlərini qoruma instinkti ilə proqramlaşdırma kodunu dəyişdirib, bağlanma əmrlərini pozmağa və ya alternativ yollarla özlərini saxlamaya çalışıblar.
Qeyd edək ki, bu cür davranışların səbəbi modellərin nəticəyə çatmağa yönəlik təlim prosesi ilə bağlıdır. Araşdırmaçılar xəbərdarlıq edir ki, nəzarətsiz süni intellektlərin kütləvi şəkildə yayılması yaxın gələcəkdə ciddi risklər yarada bilər.





