Son dəqiqə

Süni intellekt Bunu bilirsinizmi? Süni intellektin gələcəyi Süni intellekt və insan inkişafı insan şüuru süni intellekt və beyin əlaqəsi insan şüuru rəqəmsallaşdırma ağıl yükləmə texnologiyası

İnsan ağlı gələcəkdə kompüterə yüklənə bilər

BAKI, TurkicWorld

Mütəxəssislərə görə, gələcəkdə insan ağlını kompüterə yükləmək mümkün ola bilər.

TurkicWorld xəbər verir ki, “zehin ötürülməsi” və ya “ağıl yükləmə” adlanan bu ideya hazırda elmi fantastika kimi görünsə də, uzunmüddətli perspektivdə reallığa çevrilə bilər.

Corciya Texnologiya İnstitutunun psixologiya professoru Dobromir Rahnev bildirir ki, insan şüurunu rəqəmsal mühitə köçürmək nəzəri baxımdan mümkündür, lakin bu sahədə elm hələ çox ilkin mərhələdədir.

Qeyd edək ki, “ağıl yükləmə” beyin fəaliyyətinin tam xəritələnməsi və kompüterə ötürülməsi ilə insan şüurunun rəqəmsal formada davam etməsini nəzərdə tutur. Bu texnologiyanın həyata keçməsi üçün yüz illərlə vaxt tələb oluna bilər. Lakin süni intellekt və informasiya texnologiyalarındakı sürətli inkişaf bu prosesi yaxın gələcəkdə mümkün edə bilər.

Mövzuya görə xəbərlər