BAKI,TurkicWorld
Oksford Lüğətinə Filippin taqaloq dilindən "gigil" sözü əlavə edilib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, "gigil" sözü Oksford İngilis dili Lüğətinə (OED) daxil edilib və "bir şey son dərəcə sevimli olduqda oyanan sıx hiss" mənasını ifadə edir.
Bu söz həm isim, həm də sifət olaraq istifadə oluna bilir və "pişik balası və ya körpə kimi şirin bir insan, heyvan və ya əşya görəndə yumruğunuzu sıxmaq, dişlərinizi sıxmaq və ya sevimli hiss etdiyiniz bir şeyi sıxmaq və ya çimdikləmək istəyinin şiddətli hissi" kimi tərcümə olunur. OED-də həmçinin, "alamak" sözünün də yer aldığı və bu sözün təəccüb və ya qəzəb bildirmək üçün istifadə edildiyi bildirilib.
Qeyd edək ki, "gigil" sözünün mənşəyi qeyri-müəyyəndir və bunun ərəb və ya portuqal dilindən götürülə biləcəyi vurğulanıb.