Türkiyə NATO müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi- Fahrettin Altun

Türkiyə NATO müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi- Fahrettin Altun

Türkiyə terrorla mübarizədə NATO müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməd, Turkicworld-un məlumatlna görə, bu barədə , Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Türkiyənin NATO-ya üzvlüyünün 70 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki , NATO Amerika qitəsindən Asiya sərhədlərinə qədər uzanan 30 müttəfiqi olan güclü beynəlxalq təşkilatdır.
Onun sözlərinə görə, NATO Avropada sabitliyə töhfə verdiyi kimi, Avropanın sərhədlərində sabitliyin axtarışına da daha intensiv dəstək verməlidir.
“Son 10 ildə Suriyada baş verən hadisələr göstərdi ki, Avropanın sərhədlərində bütün dünyaya üçün təhlekəı qaynağı ola biıən dövkətlər mövcuddur”-deyə Altun qeyd edib.
O qeyd edib ki , Əfqanıstan və Əfqanıstandakı Əl-Qaidə ilə mübarizə NATO üçün prioritet olduğu kimi , Suriyada terrorla mübarizə də bu qurum üçün prioritet olmalıdır.
“NATO-nun gələcəkdə dünya siyasətinə və üzv ölkələrin təhlükəsizliyinə əvvəlkindən daha çox töhfə verəcəyinə ümid edirik”-deyə o əlaəv edib.