Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıdakı Yerli Təşkilat Komitəsinə təşəkkürümü bildirmək istəyirəm - Tatyana Şuyska

Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıdakı Yerli Təşkilat Komitəsinə təşəkkürümü bildirmək istəyirəm - Tatyana Şuyska

Yarışların ən yüksək səviyyədə hazırlanmasına görə Bakıdakı Yerli Təşkilat Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

TurkicWorld xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, hazırkı yarışların Texniki Nümayəndəsi Tatyana Şuyska Batut gimnastikası üzrə Dünya kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

"Çoxlu sevinc dolu parıldayan gözləri və gözəl gülüşləri görmək üçün burada olmağıma çox şadam!

Bu gün mən fəxr edirəm ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) adından Bakıdakı bu heyrətamiz Milli Gimnastika Arenasında 2022-ci ildə Batut Gimnastikası üzrə Dünya Kubokunun bütün rəsmilərini, gimnastlarımızı və məşqçilərimizi salamlayıram. Bizə yeni qoşulan Hindistan və İranı 13 iştirakçı ölkə arasında salamlamaq Mənim üçün çox xoşdur!

Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə hazırlanması üçün zəhməti olan Bakıdakı Dünya Kubokunun Yerli Təşkilat Komitəsinə, bütün könüllülərə təşəkkürümü bildirmək istəyirəm.

Ümid edirəm ki, yarış günləri hamı üçün əyləncəli və yaddaqalan olacaq! Bütün iştirakçılara və dəstək olan hər kəsə uğurlar arzulayıram!". - deyə T.Şuyska qeyd edib.