Son dəqiqə

Azərbaycan Gimnastika federasiyası

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar

Bakı.TurkicWorld:

14-15 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə "Dutch Trampoline Open" beynəlxalq turnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.

Bu barədə TurkicWorld-ə Azərbaycan Gimnastika Federasiyasından (AGF) məlumat verilib.

Bildirilib ki, yarışda fərdi proqramda gimnastlarımız medal sıralamasında yer alaraq ölkəmizi layiqincə təmsil ediblər. Belə ki, Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub. Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala layiq görülüb.

Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdiriblər. Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü 51.530 xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü – Ömər Qasımlı və Muhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib.

Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.

Gimnastlarımızı bu uğurlu nəticələr münasibətilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

Mövzuya görə xəbərlər