Son dəqiqə

Azərbaycan Gimnastika federasiyası aerobika gimnastikası üzrə Avropa çempionatı

Azərbaycan gimnastları Avropa çempionu olublar (FOTO)

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycanın millisinin aerobika gimnastikası üzrə qarışıq cütlüyü Avropa çempionu olub.

Bu barədə TurkicWorld-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Məlumata əsasən, 14-16 noyabr tarixlərində Gəncə şəhərində keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final mərhələsində milli komandamızın üzvləri qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə qoyaraq 1-ci yerin sahibi olub.

Mövzuya görə xəbərlər