Son dəqiqə

İsmayıl Haniyə

Haniyənin ölümü Fələstin müqavimətini daha da genişləndirəcək -Moncef Marzouki

Bakı,TurkicWorld

İsmayıl Həniyə kimi bir insanın itkisini ifadə etmək üçün söz yoxdur.

TurkicWorld xəbər verir ki, bunu Tunisin keçmiş prezidenti Moncef Marzouki deyib.

"İsmayıl Haniyə səbr, iman və güc mənasını daşıyan bütün dəyərləri təcəssüm etdirdi və o, hamımız üçün nümunə idi. Bu hadisə cinayətkar və zalım işğalçının zehniyyətini əks etdirir və bu xalqın heç bir zaman məğlub olmayacağını təsdiqləyir. Çünki işğalçı İsrail Fələstin xalqının liderlərinə qarşı bu siyasəti uzun müddətdir ki, həyata keçirir. Lakin hələ də, bu xalqın qəzəbini, mübarizəsini və inqilabının qarşısını ala bilməyib",- deyə o qeyd edib.

Marzouki Haniyənin şəxsi keyfiyyətlərdən danışaraq, "Mən Haniyəni Həmas siyasi bürosunun rəhbəri və Fələstinin baş naziri kimi yaxından tanıyırdım. Amma mən onu həm də, gözəl davranışı, mülayim xasiyyəti ilə sizin hisslərinizi ələ alan bir insan kimi daha yaxşı tanıyıram. Hiss edirsən ki, söhbət bitib amma onunla sağollaşmaq istəmirsən" əlavə edib.

O həmçinin Haniyənin ölümünün Fələstin xalqı üçün itki olmayacağını, əksinə, mübarizəə və inqilabın daha da genişlənməsi üçün qığılcım olacağını bildirib.

Mövzuya görə xəbərlər