Son dəqiqə

Ermənistan Nikol Paşinyan İran

Paşinyan Azərbaycanla sərhəddəki ərazilərə gedib

Bakı. TurkicWorld :

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.

TurkicWorld bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.

Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər keçirib. Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.

Mövzuya görə xəbərlər