Son dəqiqə

erkən evlilik

İndiki gənclər 10 il əvvələ nisbətən subay olmaqdan daha çox razıdırlar

Bakı. TurkicWorld:

Yeni araşdırma 2000-ci illərin əvvəllərində doğulan gənclərin 10 il əvvəl doğulanlara nisbətən subay olmaqdan daha çox məmnun olduğunu ortaya çıxarıb.

TurkicWorld xəbər verir ki, Almaniyanın Mainz Johannes-Gutenberg Universitetinin nəşr etdiyi araşdırmaya görə, mütəxəssislər 2008-ci ildən bəri ölkədə romantik münasibətləri və ailə dinamikasını araşdıran bir tədqiqat qrupunun məlumatlarını təhlil ediblər.

Tədqiqatçılar 2008-2021-ci illər arasında təxminən 12 min insanın iştirakı ilə keçirilən illik sorğunun nəticələrini araşdırıb.

Fərqli yaş qruplarına diqqət yetirən tədqiqatçılar 1970-ci illərlə 2000-ci illərin əvvəlləri arasında doğulanların romantik münasibətlərə baxışlarını müqayisə ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, 2001-2003-cü illərdə doğulan gənclər 1991-1993-cü illərdə doğulanlarla müqayisədə subay olmaqdan "əhəmiyyətli dərəcədə razıdırlar".

Araşdırmanın aparıcı müəllifi, Psixoloq Dr. Tita Gonzalez Aviles açıqlamasında xüsusilə Qərb ölkələrində subay olmağın əvvəlkindən daha çox sosial baxımdan məqbul hala gəldiyini bildirib.

Aviles "bu günkü gənclərin həyatlarını fərdi şəkildə yaşamağa daha çox dəyər verdiyini" ifadə edərək, bu səbəbdən subay olmaqdan məmnun ola biləcəklərinə diqqət çəkib.

Mövzuya görə xəbərlər