Son dəqiqə

erkən evlilik Alman vətəndaşlarla evlilik Suriyalı miqrantlar Türkiyədə yaş fərqi statistikası demoqrafik dəyişiklik ailə qurma tendensiyası Türkiyədə ilk evlilik yaşı 2025 Türkiyədə orta evlilik yaşı 2025 Türkiyə rəsmi statistika Türkiyədə boşanma artıb Türkiyədə nikah sayı azalıb Türkiyədə boşanma statistikası 2025 Türkiyədə evlilik statistikası 2025

Türkiyədə evlilik statistikası: Nikahlar azalır, boşanmalar artır

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin rəsmi statistikasına əsasən, Türkiyədə evlənən cütlüklərin sayı əvvəlki illə müqayisədə azalaraq 552 min 237-yə düşüb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 569 min 983 idi.

TurkicWorld xəbər verir ki, boşanma statistikasında isə artım müşahidə olunur. 2024-cü ildə 188 min 963 olan boşanma sayı 2025-ci ildə 193 min 793-ə yüksəlib.

İllər üzrə aparılan təhlillər göstərir ki, hər iki cinsdə ilk evlilik yaşı artmaqda davam edir. 2025-ci ildə orta hesabla ilk evlilik yaşı kişilərdə 28,5, qadınlarda isə 26 olub. Tərəflər arasındakı yaş fərqi isə orta hesabla 2,5 yaş təşkil edib.

Vilayətlər üzrə nikah əmsalının ən yüksək olduğu yerQaziantep olub. Bu siyahıda Qaziantepi Osmaniyə və Şanlıurfa izləyir. Nikahların ən az qeydə alındığı vilayət isə Tunceli olub.

Xarici vətəndaşlarla qurulan ailələrin sayı da diqqət çəkir. 2025-ci ildə xarici bəylərin sayı 5 min 347 nəfər olmaqla ümumi bəylərin 1 faizini, xarici gəlinlərin sayı isə 28 min 646 nəfər olmaqla ümumi gəlinlərin 5,2 faizini təşkil edib.

Xarici bəylər arasında ölkə mənsubiyyətinə görə suriyalılar 20,9 faiz ilə birinci sıradadır. Onları almanlar (18,8 faiz) və əfqanlar (5 faiz) izləyir. Xarici gəlinlər arasında isə suriyalılar 13,8 faiz ilə ilk yerdədir, ardınca özbək (13,7 faiz) və mərakeşli (9,6 faiz) gəlinlər gəlir.

Mövzuya görə xəbərlər