Bakı, TurkicWorld
Türkiyə xarici işlər naziri Hakan Fidan Misir xarici işlər naziri Samih Şükri ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, görüşdə Qəzza hadisələri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı müharibənin tez bir zamanda dayandırılması və daimi atəşkəs elan edilməli olduğu qeyd edilib. Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyi də vurğulanıb.
Tasnem Ismukhan