Bakı. TurkicWorld :
Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
TurkicWorld Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.
Məlumat TurkicWorld -ə Azərbaycan XİN-dən təsdiq edilib.