Bakı. TurkicWorld :
Avropa İttifaqı "Life" layihəsinin yaradıcısı, "News Media" nəşriyyatının baş direktoru erməni Aram Qabrelyanovu sanksiyalara məruz qalanların "qara siyahısı"na daxil edib.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə fərman Aİ-nin rəsmi jurnalında dərc olunub.
Qeyd edilib ki, Qabrelyanov bir qrup KİV-in köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yayır.
"Aram Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir", - məlumatda bildirilib.