Son dəqiqə

Azərbaycan Ermənistan ABŞ

ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib - Dövlət Departamenti

Bakı. TurkicWorld

ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirmıyib.

TurkicWorld-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

"Biz heç vaxt razılaşmanı COP29 ilə əlaqələndirməmişik. Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalandığını bir neçə ay əvvəl gprmək istəyirdik və sülh sazişinin imzalanmasına çalışırdıq. Sonunda sazişin imzalanacağına ümid edirik. Amma bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır", - deyə o bildirib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər