Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya təsdiq edilib

Bakı. TurkicWorld :

Prezident İlham Əliyev "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya"nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.

TurkicWorld xəbər verir ki, sənədə əsasən, 2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanmış "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya" Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bildirişləri ilə təsdiq edilib.

Mövzuya görə xəbərlər