Son dəqiqə

Prezident İlham Əliyev

“Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilib

Bakı, TurkicWorld

"Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

Mövzuya görə xəbərlər