Son dəqiqə

İran Həsən Ruhani nüvə silahı

Nüvə fəaliyyəti ilə bağlı qanun İrana 300 milyard dollar zərər vurub – Ruhani

Bakı. TurkicWorld :

İranın keçmiş prezidenti Həsən Ruhani 2020-ci ilin dekabrında parlamentdə təsdiqlənən və hökuməti nüvə fəaliyyətlərini sürətləndirməyə məcbur edən qanun layihəsinin ölkənin 300 milyard dollar itirməsinə səbəb olduğunu deyib.

TurkicWorld xəbər verir ki, Ruhaninin iyunun 19-da hökumətinin kabinet üzvləri ilə görüşündə verdiyi bəyanatlar bu gün video şəklində onun öz internet saytında dərc olunub.

Həmin iclasda 2020-ci ilin noyabrında iranlı alim Muhsin Fəxrizadənin suiqəsd nəticəsində öldürülməsindən dərhal sonra Məclis tərəfindən təsdiqlənən və nüvə fəaliyyətlərinin sürətləndirilməsini məcbur edən “Strateji Fəaliyyət Qanunu” tənqid edilib.

Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan nüvə danışıqlarına işarə edən Ruhani, danışıqların 2021-ci ilin aprelində yekunlaşdığını, lakin Ali Milli Təhlükəsizlik Şurasında yalnız bir nəfərin buna qarşı çıxdığını və bu şəxsin hazırda prezident namizədi olduğunu bildirib.

Digər tərəfdən, Ruhani Ali Milli Təhlükəsizlik Şurasının razılaşmanın yenidən həyata keçirilməsinə qərar verdiyini lakin, Məclisin təsdiq etdiyi qanuna görə razılaşmanın həyata keçirilə bilinmədiyini iddia edib.

Bu səbəbdən ölkənin 300 milyard dollar itirdiyini söyləyən Ruhani, “Parlamentin nüvə fəaliyyətlərinin sürətləndirilməsini məcbur edən qanunu İran tarixindəki ən pis qanundur. Bizim bundan daha pis qanunumuz olmayıb. Bu, 12-ci hökumətini məğlub etmək üçün hazırlanmış hiyləgər plandan başqa bir şey deyildi.” – deyə qeyd edib.

Qeyd edək ki, 2021-ci ilin aprelində İranla nüvə sazişi imzalayan tərəflər arasında başlayan nüvə danışıqları ABŞ və İran arasında bir sıra fikir ayrılıqları səbəbindən 2022-ci ilin sentyabrında dayandırılıb.

Mövzuya görə xəbərlər