Son dəqiqə

Zakir Həsənov Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələri

Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan təyin edilib

Bakı. TurkicWorld:

Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan vəzifəsinə icraçı təyin edilib.

TurkicWorld xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrasına general-mayor Akif Pirverdiyevə təyin edilib. Bu təyinatadək A.Pirverdiyev XTQ komandanın Maddi Texniki Təminat üzrə müavini olub.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin daha öncəki komandanı general-leytenant Hikmət Mirzəyev bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.

Mövzuya görə xəbərlər