Özbəkistanın milli informasiya agentliyi "Türk dünyası" (Turkic.World) media platformasına qoşulub

Özbəkistanın milli informasiya agentliyi "Türk dünyası" (Turkic.World) media platformasına qoşulub

Özbəkistanın "UzA" milli informasiya agentliyi Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin "Albayrak Media Group" şirkətinin təşəbbüsü ilə yaradılmış və türkdilli dövlətlərin xəbərlərini birləşdirən "Türk dünyası" (www.turkic.world) layihəsinə qoşulub.

Trend-in məlumatına görə, bundan sonra Turkic.World platformasında xəbərlər Azərbaycan, türk, qırğız, rus, ingilis, türkmən, qazax dilləri ilə yanaşı özbək dilində də dərc olunacaq.

Xatırladaq ki, Özbəkistanın "UzA" milli informasiya agentliyi ölkənin rəsmi informasiya mənbəyi və aparıcı informasiya agentliyidir.