Bakı,TurkicWorld
Luka Modriç klubda qalma istəyini Real Madrid rəhbərliyinə bildirib.
TurkicWorld xəbər verir ki, Xorvatiyalı ulduz Kral klubu ilə yeni bir müqavilə imzalamaq istədiyi üçün, indidən iki böyük təklifi rədd edib.
Modriç və Krossun klubda qalması ilə qərarı önümüzdəki günlərdə klub rəhbərliyi açıqlayacaq.
Qeyd edək ki, 38 yaşlı Xorvatiyalı yarımüdafiəçi Kral klubuna, 2012-ci ildə Totenhemdən 35 milyon avroya transfer olub. Futbolçunun hazırki bazar qiyməti 8,8 milyon avrodur.