Bakı. TurkicWorld:
Qəzzada təhlükəsiz zona yoxdur.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell xəbərdarlıq edib.
Borrel Rəfaha hücumun yenidən çoxlu insan tələfatına, mülki itkilərə səbəb olacağından narahatlığını ifadə edib.
Qeyd edək ki, İsrail qüvvələri Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.