...

Dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil - Özbəkistanın mədəniyyət naziri

Digər xəbərlər Digər xəbərlər 24 Noyabr 2021 11:14
Bakı TurkicWorld Aytac Aliyeva
Dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil - Özbəkistanın mədəniyyət naziri

Dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil. Bunların arasında iki önəmli insanın adını çəkmək lazımdır: Nizami Gəncəvi və Əlişir Nəvai.

TurkicWorld-un məlumatına görə, bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Əhmədoviç Nazarbekov Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu şəxsiyyətlər düşüncə tarixinə önəmli əsərlər buraxıb:

"Nəvai Xəmsəsini yazanda Nizamidən ilhamlanıb və əsərlərində onun müəllimi olduğunu deyib. Özbəkistanda Nizaminin Xəmsəsi tərcümə edilib və araşdırılıb ".

Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb.

Noyabrn 26-na qədər davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamları, ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti