Qazprom-un təbii qaz hasilatı 25 faiz azalıb

Qazprom-un təbii qaz hasilatı 25 faiz azalıb

Bakı. TurkicWorld:

Rusiyanın enerji şirkəti "Qazprom"un təbii qaz hasilatı ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 25 azalaraq 179,5 milyard kubmetrə düşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə “Qazprom” açıqlama verib.

Şirkətin bu il daxili və xarici bazarlara təbii qaz nəqli keçən illə müqayisədə 26,5 faiz azalaraq, ilin ilk yarısında 166 milyard kubmetr təşkil edib.

Açıqlamada təbii qaz hasilatının azalmasının əsas səbəbi kimi isti hava şəraiti, iqtisadi və geosiyasi amillər göstərilib.

“Qazprom”un xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşüb.

Hafiz Rufizoğlu