Son dəqiqə

Rusiya Avropa Qazprom təbii qaz qaz ixracı

Avropa yayda qaz anbarlarını doldurmaqda çətinlik çəkəcək - Qazprom

BAKI, TurkicWorld

Rusiyanın enerji nəhəngi Qazprom Avropanın yayda qaz anbarlarını doldurmaqda çətinlik çəkəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Qazprom-un açıqlamasına görə, Avropa ölkələri qaz ehtiyatlarını sürətlə tükədir və martın 31-nə olan məlumata əsasən, anbarlarda cəmi 34,3 milyard kubmetr qaz qalıb.

Şirkət Avropanın etibarlı qaz tədarükçülərinin azaldığını və qarşıdan gələn qış üçün hazırlığın çətinləşəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna müharibəsindən əvvəl Avropanın əsas qaz tədarükçüsü olan Qazprom 2021-ci ildə 201,7 milyard kubmetr qaz nəql etmişdi. Lakin sanksiyalar səbəbindən ABŞ, Qətər və Norveç kimi LNG tədarükçülərinə müştərilərini itirən şirkət 2023-cü ildə Avropaya cəmi 15 milyard kubmetr qaz göndərib.

Mövzuya görə xəbərlər