Rusiyanın Türkiyədə qurmağı planlaşdırdığı təbii qaz mərkəzinin qurulacağı tarix açıqlanıb

Rusiyanın Türkiyədə qurmağı planlaşdırdığı təbii qaz mərkəzinin qurulacağı tarix açıqlanıb

Bakı. TurkicWorld:

Rusiyanın Türkiyədə qurmağı planlaşdırdığı təbii qaz mərkəzinin qurulacağı tarix açıqlanıb.

TurkicWorld-un məlumatına görə, Rusiyanın Türkiyədə qurmağı planlaşdırdığı təbii qaz mərkəzi ilə bağlı Rusiya mətbuatında diqqətçəkən iddia ortaya atılıb. Məlumata görə, Rusiyanın Türkiyədə qurmağı planlaşdırdığı təbii qaz mərkəzinə dair yol xəritəsi ilin sonuna qədər həyata keçiriləcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin oktyabrında verdiyi açıqlamada Baltik dənizindəki “Şimal axını” xətlərində itirilmiş həcmləri Qara dənizə yönəldə biləcəklərini ifadə edərək Türkiyədə təbii qaz mərkəzinin qurulacağını bildirib. Daha sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlamasında 63 milyard kubmetr rus qazının Türkiyə üzərindən Avropaya ixrac oluna biləcəyini və Azərbaycanın da bu layihədə iştirak etmək istədiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Məlumat üçün bildirək ki, Türkiyə prezidenti vurğulayıb ki, təbii qaz mərkəzi yaratmaq planımız var. Bu planı Rusiya ilə müzakirə edəcəyik. Biz bu mərkəzi təkcə təbii qaz üçün deyil, həm də enerji və mədən üçün planlaşdırırıq, geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik. Bu mərkəzi Ataşehirdəki Maliyyə Mərkəzimizin bir blokunda qura bilərik.

Aytac Süleymanova

Twitter: a_alieva_