Son dəqiqə

Çin Rusiya Qazprom

2027-ci ildə Çinin ən böyük təbii qaz ixracatçısı olacağıq - Qazprom

Bakı, TurkicWorld

2027-ci ildə Çinin ən böyük təbii qaz ixracatçısı olacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın enerji şirkəti “Qazprom”un prezidenti Aleksey Miller açıqlama verib.

“Sibirin Gücü və Uzaq Şərq boru kəmərləri tam gücünə çatdıqdan sonra Rusiya Çinin ən böyük qaz tədarükçüsü olacaq. Bu ilin əvvəlindən biz Çin istehlakçılarına rekord gündəlik qaz tədarükünü həyata keçirmişik” – deyə Miller bildirib.

O bildirib ki, illik 10 milyard kubmetr qaz tutumu ilə Uzaq Şərq marşrutu 2027-ci ildə aktivləşdiriləcək.

Miller Mərkəzi Asiya ölkələrində də enerjiyə tələbatın artacağına diqqət çəkib.

O, ötən il Orta Asiya-Mərkəzi Xəttlə Özbəkistana ilk təbii qaz nəqlinə başladıqlarını qeyd edib.

Məlumat üçün qeyd edək ki, Qazprom 1999-cu ildən bəri ilk dəfə ili zərərlə bağlasa da, şirkət Avropada yaşadığı bazar itkisini kompensasiya etmək üçün ixrac bazarlarını diversifikasiya etməyə çalışır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər