TÜBİTAK layihəsi çərçivəsində Balıkəsir Universitetində coğrafiyanın tədrisində yeni yanaşmalar nəzərdə tutulub

TÜBİTAK layihəsi çərçivəsində Balıkəsir Universitetində coğrafiyanın tədrisində yeni yanaşmalar nəzərdə tutulub

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetində TÜBİTAK layihəsi çərçivəsində coğrafiyanın tədrisində yeni yanaşmalar nəzərdə tutulub.

TÜBİTAK BİDEP 2237-A tərəfindən dəstəklənən və Balıkesir böyükşəhər bələdiyyəsi, Balıkesir Universiteti və Balıkesir təhsil müdirliyi ilə birgə təşkil edilən "Coğrafiya tədrisində yeni yanaşmalar və ədəbiyyata töhfələr" layihəsinin ikincisi Balıkəsirdə keçirilib.

Balıkesir Universitetinin rektor müavini Prof. Dr. Fatih Satıl tərəfindən hazırlanan layihənin açılış proqramı, Balıkesir müəllimlər evində keçirilib.

Layihənin açılış mərasiminə, Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Altıeylül kaymakamı Turqay Hakan Bilgin, rektor müavini Prof. Dr. Cevdet Avcıkurt, Balıkesir təhsil müdir köməkçisi Mustafa Solak, Altıeylül təhsil müdiri Çətin Keren, layihə təlimçiləri və coğrafiya müəllimləri qatılıb.

Layihə koordinatoru Prof. Dr. Fatih Satıl açılış mərasimindəki çıxışında layihə haqqında məlumat verib.

“Layihədə coğrafiyanın tədrisində istifadə olunan innovativ yanaşmalar və xüsusilə layihə əsaslı təhsil modeli haqqında məlumat veriləcək. Daha sonra Kaz dağı və Ayvalık adalarına təşkil edilən səfərlə iştirakçılar öyrəndikləri nəzəri bilikləri tətbiq etmək imkanı qazanacaqlar",- deyə Satıl bildirib.

Prof. Dr. Fatih Satıl, layihəyə dəstək olan TÜBİTAK BİDEP-ə, Balıkesir böyükşəhər bələdiyyəsinə, Balıkesir Universitetinə, Təhsil müdirliyinə və bütün iştirakçılara təşəkkürünü bildirib. Dr. Fatih Satıl işin beynəlxalq miqyasda aparılması lazım olduğunu da vurğulayıb.

Açılış mərasimində çıxış edən Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu da bildirib ki, universitet olaraq layihəni dəstəkləməkdən məmnunuq.

“Coğrafiya təhsilinə innovativ metodlar daxil edilməlidir. Bu kontekstdə biz öz dəyərlərimizə uyğun təlim metodologiyalarını inkişaf etdirməliyik. Bu səbədən də TÜBİTAK layihəsi, coğrafiya tədrisində yeni yanaşmalar və ədəbiyyata töhfələr layihəsini çox əhəmiyyətli hesab edirik. Balıkəsir Universiteti olaraq bu cür təlimlərə dəstək verməyə davam edəcəyik. Layihəyə dəstək olan qurumlara təşəkkür edirəm və iştirak edən təhsil işçilərimizi təbrik edirəm. Layihənin uğurlu olmasını arzulayıram”,- deyə BAÜN rektoru qeyd edib.

Balıkesir Təhsil müdirinin müavini Mustafa Solak və Altıeylül baş məmuru Turgay Hakan Bilginin layihə haqqında fikirlərini bildirdikləri və layihənin xeyirli olmasını dilədikləri açılış mərasimi protokol və iştirakçıların xatirə fotoşəkili çəkdirməsi ilə sona çatıb.

Beş gün davam edəcək və Türkiyənin müxtəlif bölgələrindən seçilmiş, aspirantura təhsili alan 20 coğrafiya müəlliminin qatılacağı tədbirdə, prof. Dr. Fatih Satıl, Prof. Dr. Eyüp Artvinli, Prof. Dr. Şehnaz Baltacı, Dos. Dr. Alper Uzun, Dos. Dr. Hakan Önal, Dos. Dr. Mehmet Doğan, Dr. Erkan Dündar və Dr. Leyla Dönmez ekspert təlimçilər tərəfindən coğrafiya təhsili, elmi savad və sahə işləri ilə bağlı təqdimatlar edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_