Son dəqiqə

Qırğızıstan Sadır Japarov

Sadir Japarov Parisə gedib

Bakı,TurkicWorld

Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə uçub.

TurkicWorld xəbər verir ki, Japarov Fransada keçiriləcək olan XXXIII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Sadır Japarovun “Dayanıqlı İnkişaf üçün İdman” Paris Sammitində “Daha sürətli, daha yüksək, daha güclü; daha yaxşı gələcək üçün birlikdə” şüarı ilə iştirakı gözlənilir.

Bu tədbir zamanı Japarov uşaqların, gələcəyin və gələcək idmançı nəsillərinin sağlamlığına və təhsilinə sadiqliyini təsdiq edəcək.

Mövzuya görə xəbərlər