Bakı, TurkicWorld
Qırğızıstan fermerləri 3,75 milyard som güzəştli kreditlər alıblar.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, “Kənd təsərrüfatının maliyyələşdirilməsi - 12” Dövlət Proqramı çərçivəsində artıq 3,75 milyard som məbləğində 9,5 minə yaxın fermerə kredit verilib.
“Bitkiçilik” kateqoriyası üzrə ümumilikdə 1 293 nəfərə 420 milyon 305 min som, “Heyvandarlıq” kateqoriyası üzrə isə 8 min 206 nəfərə 3,3 mlrd som kredit verilib.
Ümumilikdə, iki kateqoriya üzrə ümumi məbləği 3 milyard 751 milyon 380,0 min som olan 9 min 499 kredit verilib.
Hafiz Rufizoğlu