Bakı, TurkicWorld
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu büdcəni sabit gəlirlə təmin edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Dünya Siyasət İnstitutunun direktoru Şeradil Baktıqulov deyib.
O bildirib ki, illik gəlirlər 100-200 milyon ABŞ dollarına çata bilər.
Ekspert qeyd edib ki, bu dəmir yolu gələcəkdə əsas yükdaşıma dəhlizlərindən birinə çevriləcək və yüklərin Avropa və Asiyada istehlakçılara çatdırılma müddətini azaldacaq.
“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsi, dövlətin bütün maliyyə problemlərini həll etməsə belə, ölkə büdcəsini sabit gəlirlə təmin edə biləcək ki, bu da öz növbəsində digər mənbələrlə birlikdə büdcənin gəlir hissəsinin artmasına səbəb olacaq. Bundan əlavə, layihənin icrası dövlətin nəqliyyat sisteminin inkişafına təkan verəcək və yeni iş yerlərinin açılması və iqtisadi inkişafın təmin edilməsi üçün stimul olacaq”, - deyə o bildirib.
Baktıqulov bu dəmir yolunun Mərkəzi Asiya ölkələrinin tranzit potensialını artıracağını vurğulayıb.
Hafiz Rufizoğlu