Bakı.TurkicWorld:
Türkiyənin Xarici İşlər Nazirliyi Qırğızıstanda baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərə başsağlığı verib.
TurkicWorld xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Qırğızıstanın Oş vilayətinin Nookat şəhərində baş verən sel fəlakəti nəticəsində insan tələfatından və 1000-dən çox insanın təxliyə edilməsindən dərin kədərləndiyi bildirilib.
“Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Qırğızıstan xalqına başsağlığı və tezliklə sağalmalarını diləyirik. Türkiyə təbii fəlakətin yaratdığı yaraların sağalması üçün hər cür yardıma hazırdır. “- bəyanatda deyilir.
Qeyd edək ki, Qırğızıstanın Oş vilayətinin Nookat rayonunun Abşir-Ata kəndində leysan yağışların səbəb olduğu sel nəticəsində beş nəfər həyatını itirib, itkin düşən 2 nəfərin axtarışları davam edir.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada, Şəran-Say çayının daşması nəticəsində bir körpünün və 10 elektrik xəttinin dağıldığı, yeddi evin su altında qaldığı bildirilib.
Sel sularında qalan yeddi nəfərdən beşinin cəsədinin tapıldığı, axtarış-xilasetmə qrupları tərəfindən 2 nəfərin tapılması üçün isə işlərin davam etdiyi bildirilib.
Bundan əlavə, 127 nəfər axtarış-xilasetmə heyətinin yük maşınları və ekskavatorlarla bölgədə işlərini davam etdirdiyi və seldən zərər çəkən yüzlərlə insanın təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib.