Son dəqiqə

Qırğızıstan Sadır Japarov Yaponiya

Qırğızıstan və Yaponiya diplomatik pasport sahibləri üçün viza rejimini ləğv edib

Bakı, TurkicWorld:

Qırğızıstan və Yaponiya diplomatik pasport sahibləri üçün viza rejimini ləğv edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov qanun imzalayıb.

Məlumata əsasən, qanunun məqsədi Qırğızıstan Respublikasının Yaponiyadakı Səfirliyi ilə Yaponiya Xarici İşlər Nazirliyi arasında hər iki ölkənin diplomatik və xidməti/rəsmi pasportlarının sahibləri üçün viza tələblərinin ləğv edilməsinə dair mübadilə notalarını ratifikasiya etməklə dövlətdaxili prosedurları həyata keçirməkdir.

Mübadilə notları Qırğızıstan Respublikası və Yaponiyanın etibarlı diplomatik və xidməti pasportlarının sahiblərinin 90 gündən çox olmayan müddətə viza tələblərindən azad edilməsini nəzərdə tutur ki, bu da biznes mobilliyinin inkişafı üçün əlverişli şərait yaradacaq və vətəndaşların hərəkətini asanlaşdıracaq.

Mövzuya görə xəbərlər