Bakı, TurkicWorld
Yaponiyada davam edən qızmar istilər nəticəsində 248 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə Tokio Ədli Tibb İnstitutu məlumat verib.
Məlumata görə, 1 iyun - 31 avqust tarixləri arasında bu ölüm halları qeydə alınıb. Həyatını itirənlərin əksəriyyəti isə yaşlı insanlar olub.
Belə ki, onların çoxu qapalı məkanlarda kondisioner istifadə etmədikləri üçün isti vurması səbəbindən dünyasını dəyişiblər.
Qeyd edək ki, Yaponiya bu yay rekord dərəcədə yüksək temperaturla üzləşib və Yaponiya Meteorologiya Agentliyi 1898-ci ildən bəri aparılan statistikalar arasında hazırda ən isti yay aylarının olduğunu açıqlayıb. İsti vurması səbəbindən minlərlə insan xəstəxanalara yerləşdirilib, mütəxəssislər isə daima qapalı məkanlarda belə isti ilə mübarizə aparmaq üçün tədbir görməyin vacibliyini vurğulayırlar.