Son dəqiqə

Yaponiya

Yaponiya subay qadınlara Tokiodan köç dəstəyi təklif edir

Bakı,TurkicWorld

Yaponiya kənd yerlərində azalan qadın sayı problemlərini həll etmək məqsədilə Tokiodan kənd ərazilərinə evlənmək üçün köçən subay qadınlara maddi dəstək göstərməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya KİV məlumat verib.

Bu təşəbbüs, gənc qadınların təkcə Tokioda qalmamağına, həmçinin kənd yerlərində də əhalinin azalmasının qarşısını almağa yönəlir.

Belə ki, hökumət köçən qadınların səyahət xərclərini qarşılayacaq və onlara maddi dəstək verəcək. 2020-ci il milli siyahıyaalınmasına görə, Yaponiyanın 47 prefekturasından 46-da subay qadınların sayı 9,1 milyon, subay kişilərin sayı isə 11,1 milyon olub.

Fərq bəzi əyalətlərdə 30%-ə çatır. Son illərdə qadınların Tokioya köçməsi və kənd yerlərinə qayıtmaması kənd yerlərindəki subay qadınların sayını xeyli azaldıb.

Yeni təşəbbüs, Tokiodan köçən qadınlara 7000 dollara qədər dəstək verən mövcud proqramı genişləndirəcək.

Qeyd edək ki, Yaponiya doğum nisbətinin aşağı olması səbəbindən demoqrafik problemlərlə üzləşir. Belə ki, keçən il 727,277 doğuş qeydə alınıb və doğum nisbəti 1,20-dir. Hökumət, doğum nisbətini artırmaq üçün müxtəlif təşəbbüslər həyata keçirir, bunlara maddi stimullar, uşağa baxım imkanlarının genişləndirilməsi və süni intellektlə tanışlıq proqramları daxildir.

Ölkənin baş naziri Fumiyo Kişida doğum nisbətlərinin aşağı düşməsini “ölkənin indiyə qədər üzləşdiyi ən ciddi böhran” olaraq qiymətləndirib.

Mövzuya görə xəbərlər