Son dəqiqə

Malayziya Qırğızıstan

Qırğızıstan və Malaziya arasında əməkdaşlıq üçün potensial var – Ənvər İbrahim

Bakı,TurkicWorld:

Qırğızıstan və Malaziya arasında əməkdaşlıq üçün böyük potensial var.

TurkicWorld xəbər verir ki, bu sözləri Malaziyanın baş naziri Ənvər İbrahim Qırğızıstan Respublikasının Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyevlə görüşü zamanı deyib.

Həmçinin görüşdə, Qırğızıstan tərəfinin Malayziya aviaşirkətlərinə verdiyi hava azadlığının beşinci dərəcəsi nəzərə alınmaqla iki ölkənin paytaxtları arasında birbaşa aviareyslərin açılması məsələləri müzakirə edilib.

Mövzuya görə xəbərlər