Son dəqiqə

Qırğızıstan Sel hadisəsi

Oş şəhərində fövqəladə vəziyyət ləğv edilib

Bakı. TurkicWorld:

Qırğızıstanın Oş şəhərində sellə əlaqədar fövqəladə vəziyyət ləğv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi aprelin 21-də sellə əlaqədar tətbiq edilib.

Həmçinin Myrzake - Qara-Kuldja - Alaykuu avtomobil yolunun 41-ci kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən sel nəticəsində tədbirlər görülüb.

Mövzuya görə xəbərlər