Bakı. TurkicWorld:
İstanbulda baş vermiş yanğınla əlaqədar Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev türkiyəli həmkarı Hakan Fidana başsağlığı verib.
TurkicWorld xəbər verir ki, Kulubayev həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.
Qeyd edək ki, dünən İstanbulda 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 29 nəfər həyatını itirib.