Son dəqiqə

Malayziya Qırğızıstan Jeenbek Kulubayev

Qırğızıstan XİN rəhbəri Malayziyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Malayziyaya rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan XİN bildirib.

Kulubayevin Malayziyanın xarici işlər naziri Utama Hacı Məhəmməd bin Hacı Həsən və digər rəsmi şəxslərlə görüşəcəyi qeyd edilib.

Danışıqlar zamanı siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə Qırğızıstan-Malayziya əməkdaşlığının cari gündəliyinin, eləcə də qarşılıqlı maraq doğuran çoxtərəfli fəaliyyətin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, səfər Malayziya tərəfinin dəvəti ilə aprelin 1-dən 3-dək davam edəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər