Qırğızıstanın XİN rəhbəri İnyazio Kassis ilə görüşüb

Qırğızıstanın XİN rəhbəri İnyazio Kassis ilə görüşüb

Bakı. TurkicWorld:

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin rəhbəri İnyazio Kassis ilə görüşüb.

TurkicWorld-ün məlumatına görə, görüş bu gün 3-cü Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Görüş zamanı nümayəndə heyətlərinin rəhbərləri cari ikitərəfli əməkdaşlığı, o cümlədən iqtisadiyyat və investisiya sahələrində müzakirələr aparıblar.

Eyni zamanda, Mərkəzi Asiyada regional əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, buzlaqların əriməsi və iqlim dəyişikliyi kimi məsələlərə xüsusi diqqət yetirilib.

Danışıqların sonunda tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda, o cümlədən BMT çərçivəsində əlaqələrin intensivləşdirilməsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, forumda 60-dan çox dövlətin xarici əlaqələr idarələrinin rəhbərləri, 80 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Antalya Diplomatik Forumu 1-3 Mart tarixlərində keçiriləcək.