Qırğızıstan-Tacikistan dövlət sərhədi xəttinin daha 1,11 km-lik hissəsinə qərar verilib

Qırğızıstan-Tacikistan dövlət sərhədi xəttinin daha 1,11 km-lik hissəsinə qərar verilib

Bakı. TurkicWorld:

Əldə olunmuş razılığa uyğun olaraq, Tacikistan Respublikasının Suqd vilayətinin Buston şəhərində Qırğızıstan hökumət nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti iclası keçirilib.

TurkicWorld-un məlumatına görə, görüşdə tərəflər Qırğızıstan-Tacikistan dövlət sərhədi xəttinin 1,11 kilometrlik hissəsi ilə bağlı razılığa gəliblər.

Tərəflər Qırğızıstan ərazisində keçiriləcək növbəti görüşdə qalan sahələrin müəyyənləşdirilməsi üzərində işi davam etdirəcəklər.

İclasın yekunu üzrə müvafiq Protokol imzalanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında sərhəd mübahisələrinə görə zaman-zaman gərginlik və münaqişələr yaranıb və iki ölkə arasında sonuncu münaqişə 14 sentyabr 2022-ci ildə baş verib və hər iki tərəfdən onlarla insan həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_