Bakı, TurkicWorld
Qırğızıstanın Batken vilayətində sutkada 500 ton xam neft emal etmə gücünə sahib olan zavod fəaliyyətə başlayacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Qırğızıstan Neft və Təbii Qaz Dövlət Korporasiyası və Qırğızıstan-Türkiyə K-Petrol Qaz Şirkətinin birgə qurduğu zavod sentyabrda fəaliyyətə başlayacaq. Zavodun investisiya dəyəri 91 milyon dollardır. Hazırda neft emalı zavodunda 41 qırğızıstanlı və 10 türkiyəli mütəxəssis çalışır.
Qeyd edək ki, Qırğızıstan-Türkiyə K-Petrol Qaz Şirkəti 23 mart 2023-cü ildə "Tunduk Soh" və "Çonqara Qalça" neft yataqlarının birgə işlənməsi üçün tikilib.