Bakı. TurkicWorld:
Qırğızıstan Nazirlər Kabinetinin sədri - Qırğız Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Aleksey Besprozvannıxın rəhbərlik etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.
TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət, istehsal, nadir və qiymətli metalların emalı, eləcə də sənaye parkının tikintisi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini ətraflı müzakirə ediblər.
Qeyd edək ki, Rusiyanın müvafiq struktur bölmələrinin əməkdaşlarından ibarət nümayəndə heyəti Qırğızıstan Respublikasının dövlət orqanları ilə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə danışıqlar aparıblar.







